Modern.az

Rusiyada azərbaycanlı ər və arvadın meyiti tapıldı

Rusiyada azərbaycanlı ər və arvadın meyiti tapıldı

Aktual

27 Avqust 2018, 18:33

Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb. 

Modern.az-ın   məlumatına görə, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb. 

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. (report.az)

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...