Modern.az

Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracında maraqlıdır

Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracında maraqlıdır

Aktual

27 Avqust 2018, 20:13

“Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracının mümkünlüyünü nəzərdən keçirə bilər”. Modern.az xəbər verir ki, bunu “Trend”ə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib.

 

K.Bozumbayevin sözlərinə görə, hazırda bu məsələ gündəlikdə deyil. Lakin gələcəkdə bu cür tədarük imkanı istisna olunmur: "Hazırda Qazaxıstanın kifayət qədər ixrac gücü olduğu üçün Azərbaycan vasitəsilə tranzit məsələsi gündəlikdə deyil. Amma gələcəkdə Qazaxıstanda karbohidrogen xammalının hasilatının artması ilə, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracının iqtisadi məqsədəuyğunluğu müəyyən olunarsa, bu məsələ maraqlı tərəflərlə nəzərdən keçirilə bilər".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı