Bakıda mağazada fantastik qiymətə "iPhone" satışa çıxarılıb. Modern.az BAKU.WS-ə istinadən xəbər verir ki, xüsusi hazırlanan "iPhone X Caviar" telefonu "WorldTelecom" mağazalar şəbəkəsində 8599 AZN-ə satıcılara təklif olunur.
Möhkəm və bahalı, qiymətli materiallardan hazırlanan telefon məhdud sayda istehsal olunub. Cəmi 99 ədəd istehsal "iPhone X Caviar"nin 37 və 38-ci modelləri "WorldTelecom" mağazalar şəbəkəsində satışa çıxarılıb.
Böyük marağa səbəb olan telefonun qiyməti də görənlərin diqqətini çəkir.