Modern.az

Rezin qayıqda olan miqrantlar turistləri təəccübləndirdi

Rezin qayıqda olan miqrantlar turistləri təəccübləndirdi

Aktual

27 Avqust 2018, 23:07

İspaniyada turistlər indiyədək görmədikləri mənzərə ilə qarşılaşıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 50 nəfərə yaxın qaçqın rezin qayıqda onlarla turistin istirahət etdiyi Kosta-de-la-Lus sahilinə yaxınlaşıb.

 

Məlumata görə, İspaniya mülki qvardiyası onlardan 25-ni tutmağa müvəffəq olub, 19 miqrant ərazidən uzaqlaşa bilib.

 

Tutulan qaçqınlar Qırmızı Xaç Komitəsinin mənzil qərargahına göndəriliblər.

 

Hazırda hüquq-mühafizə orqanları qaçmağı bacaran qeyri-leqal miqrantların axtarışı ilə məşğuldur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı