Modern.az

Azyaşlı dərman içərək zəhərləndi

Azyaşlı dərman içərək zəhərləndi

Aktual

28 Avqust 2018, 00:57

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun 2014-cü il təvəllüdlü Qaraxanlı kənd sakini Məmmədzadə Tural Azər oğlu yaşadığı evdə nəzərətsiz olduğu zaman bilmədən dərman içərək zəhərlənib.

 

Valideynləri tərəfindən xəstəxanaya aparılan uşağa tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Uşağın hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı