Modern.az

Ötən günün yol qəzaları: 4 hadisə, 3 ölü, 7 yaralı  

Ötən günün yol qəzaları: 4 hadisə, 3 ölü, 7 yaralı   

Aktual

28 Avqust 2018, 08:53

Daxili İşlər Nazirliyi avqustun 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.         


Nazirlikdən Modern.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.  


Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı