Bərdə rayon sakini avqustun 27-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən pullarının oğurlandığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, rayon polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Türkmən kənd sakinləri Şöhrət Əliyev və Səbinə Cəfərova peşəkarlıqla və “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Araşdırmalarla onların əvvəlcədən əlbir olan bir qrup şəxs qismində zərərçəkmişə məxsus evdən 5200 manat və 300 ABŞ dolları oğurladıqları müəyyənləşib. Oğurlanmış pulların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.