Modern.az

Nazir Goranboya yeni polis rəisi təyin etdi

Nazir Goranboya yeni polis rəisi təyin etdi

Aktual

28 Avqust 2018, 16:29

Goranboy rayon Polis şöbəsinə yeni rəis təyin olunub.

Modern.az "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

R.Qədirov bu təyinata kimi Qəbələ rayon Polis şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin əmri ilə Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı