Modern.az

Ermənistanın İstintaq Komitəsinin sabiq müstəntiqləri həbs edildi

Ermənistanın İstintaq Komitəsinin sabiq müstəntiqləri həbs edildi

Aktual

29 Avqust 2018, 08:50

Ermənistanın İstintaq Komitəsinin bir neçə sabiq müstəntiqi həbs edilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar rüşvət almaqda ittiham edilirlər.

Cinayət işinin ibtidai istintaq zamanı məlum olub ki, İstintaq Komitəsinin Lori vilayəti üzrə İstintaq İdarəsinin sabiq baş müstəntiqi Tatul Şuşanyan, həmin idarənin keçmiş baş müstəntiqi Araik Nersisyan və idarənin Xüsusi Mühüm İşlər üzrə baş müstəntiqi Artak Ovannisyan öz səlahiyyətlərindən sui-istifadə ediblər.

Bundan başqa, Ovannisyan və Şuşanyan aşkar qanunsuz hərəkətlərin törədilməsinə görə külli miqdarda rüşvət alıblar.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı