"Zirə" klubunun baş məşqçisi Ayxan Abbasov istefa verib.
Modern.az xəbər verir ki. bu haqda klubun rəsmi "Feysbuk" səhifəsində bildirlib.
Dünən klub rəhbərliyi ilə görüşən gənc mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Qeyd edək ki, "Zirə" Premyer Liqada bu mövsüm keçirdiyi 2 oyundan cəmi 1 xal qazanıb.
Xatırladaq ki, A.Abbasov 2016-cı ilin dekabrından "Zirə"ni çalışdırırdı.