Modern.az

Gömrükdə yalan danışsa da, siqaret keçirmək cəhdi baş tutmadı

Gömrükdə yalan danışsa da, siqaret keçirmək cəhdi baş tutmadı

Aktual

29 Avqust 2018, 12:57

Gömrükdə avtomobildə siqaret və mobil telefon aksesuarları aşkar edilib.

Bu haqda Modern.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda qoltuqaltının altında 2000 ədəd "King" markalı siqaret və mobil telefon üçün 4 ədəd yükləyici, 4 ədəd qulaqlıq, 20 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı