Modern.az

Daha iki rayona yeni polis rəisi təyin edilib

Daha iki rayona yeni polis rəisi təyin edilib

Aktual

29 Avqust 2018, 16:00

 Azərbaycanın daha iki rayonuna yeni polis rəisi təyin edilib.

Moen.az “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişli rayon Polis şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə DİN Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz rayon Polis şöbəsinin rəisi təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı