Modern.az

İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırdı

İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırdı

Aktual

29 Avqust 2018, 17:53

Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı