Modern.az

Azərbaycanın olimpiya mükafatçısına 4 illik cəza

Azərbaycanın olimpiya mükafatçısına 4 illik cəza

Aktual

30 Avqust 2018, 00:10

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi, "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğuna görə 4 il müddətinə cəzalandırılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Kanoe Federasiyasının (ICF) saytında dərc olunub.

 

Bildirilir ki, sentyabrda 36 yaşı tamam olacaq Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün cəzalandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı