Modern.az

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin müsahibə mərhələsi keçirilir

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin müsahibə mərhələsi keçirilir

Aktual

30 Avqust 2018, 10:07

Avqustun 30-da müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin müsahibə mərhələsinə start verilib.

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, bu mərhələdə Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə müsahibələr keçiriləcək.


Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyasının üzvlərinə təqdim etməlidirlər.


Müsahibədən uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı