Modern.az

Lənkəranda 300 ev zəlzələdən zərər gördü

Lənkəranda 300 ev zəlzələdən zərər gördü

Aktual

30 Avqust 2018, 16:44

Avqustun 28-də Lənkəranda baş vermiş zəlzələ nəticəsində zərər görən evlərin sayı 300-ə çatıb.

 

Bunu Modern.az-a Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon fövqəladə hasllar komissiyasının sədri Möhübbət Babayev bildirib.

 

Onun sözlərinə görə, müraciətlər əsasən, Lerik rayonu ilə sərhəd olan kəndlərdəndir:

 

“Hazırda komissiya üzvləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə çatlar yaranan evlərə baxış keçirir. Hazırda müraciətlər əsasında araşdırmalar davam etdirilir.

 

Hələlik evlərdən təxliyə edilənlər yoxdur. Ev və obyektlərdəki çatların təhlükəli olub-olmadığı müəyyənləşdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra qərar açıqlanacaq”.

 

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb.

 

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı