Modern.az

Sarkisyan bank fırıldaqçılığında şübhəli bilinir

Sarkisyan bank fırıldaqçılığında şübhəli bilinir

Aktual

30 Avqust 2018, 19:40

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir.

Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, "Kredit Yerevan" ASC və "Lev Marsed" MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarkisyanın vəzifə səlahiyyətlərini aşdığı barədə faktiki dəlillər əldə olunub.

İstintaq zamanı əldə edilən məlumatlar Ermənistan Xüsusi İstintaq Xidmətinə ötürülməsi məqsədilə Baş Prokurorluğa göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı