2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərində hərbi hissələrin çöl çıxışları başlayıb. Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin praktiki vərdişlərinin artırılmasıdır.
Həmçinin, atəş vasitələri, döyüş texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması bacarıqlarının təkmilləşdirilməsi təlimlərdə əsas məqsəd kimi qarşıya qoyulub.