Modern.az

Hava limanının iki vəzifəli şəxsi korrupsiyaya görə tutuldu

Hava limanının iki vəzifəli şəxsi korrupsiyaya görə tutuldu

Aktual

30 Avqust 2018, 21:17

Ukraynanın “Borispol” aeroportunun iki vəzifəli şəxsi korrupsiya qalmaqalına görə saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Andrey Lısenko aeroportun satınalma xidmətinin və bu xidmətin texniki-material təminatı şöbəsinin rəhbərlərinin 141 min qriven (5000 min dollardan artıq) rüşvət aldıqlarına görə saxlanıldıqlarını deyib. Onlar işlərin və xidmətlərin satınalınması üzrə elan olunan tenderdən 10-20 faiz əlavə rüşvət almaqda ittiham edilirlər.

 

Hazırda “Borispol” aeroportunda Kiyev vilayəti prokurorluğunun əməkdaşları yoxlamaları davam etdirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı