Çempionlar Liqasında 2017-2018-ci illər mövsümünün ən yaxşı oyunçuları bəlli olub. Modern.az xəbər verir ki, bu gün keçirilən püşatma mərasimində mövsümün ayrı-ayrı nominasiyalar üzrə qalibləri müəyyənləşib.
Ən yaxşı qapıçı adına İspaniya "Real Madrid"ində çıxış edən Keylor Navas layiq görülüb.
Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi, Luka Modriç isə ən yaxşı yarımmüdafiəçi seçilib.
“Real Madrid”dən İtaliyanın “Yuventus” komandasına keçən Kriştianu Ronaldu isə ən yaxşı hücumçu naminasiyasında birinci olub.
Qeyd edək ki, portuqaliyalı ulduzun Turinlilərə vurduğu möhtəşəm qol mövsümün ən yaxşı qolu seçilmişdi.