Modern.az

Bakıda şəhidlərin xatirəsinə mini futbol turniri keçiriləcək

Bakıda şəhidlərin xatirəsinə mini futbol turniri keçiriləcək

Aktual

31 Avqust 2018, 12:41

Azərbaycan Kikboksinq Federasiyası və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında mini futbol turniri keçiriləcək.

Təşkilatçılar Modern.az-a bildiriblər ki, turnir 1 sentyabr 2018-ci il tarixində saat 09:00-da Bakı şəhəri Nərimanov rayonu 20 saylı ikinci seçki dairəsinin ərazisində keçiriləcək. Yarışlar Azərbaycan Milli Qəhramanlarının və şəhidlərin xatirəsinə həsr olunub.

Rəşad Qafur küçəsi, “Azərbaycan-Türk futbol klubu”da təşkil olunacaq yarışlara hər kəs gəlib baxa bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...