Modern.az

Erməni hərbçilər qəzaya düşdülər – 1 ölü, 2 yaralı  

Erməni hərbçilər qəzaya düşdülər – 1 ölü, 2 yaralı   

Aktual

31 Avqust 2018, 13:07

Ermənistan ordusu itki verib. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu itkiyə avtomobil qəzası səbəb olub. Belə ki, avqustun 31-də Loru vilayətinin Spitak-Vanadzor yolunda 22 yaşlı Davit Qalstyan idarə etdiyi VAZ-2106 markalı avtomobil idarə etməni itirərək, aşıb.
Qəza nəticəsində sürücü yerindəcə ölüb. 23yaşlı M.Qarnik və 22 yaşlı N.Vağarşak ağır bədən xəsarətləri ilə Spitak şəhər xəstəxanasına aparılıb.

Ölən və yaralananlar hərbi qulluqçularıdır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...