Modern.az

Rusiya sabiq müdafiə nazirini Yerevana verməyəcək  

Rusiya sabiq müdafiə nazirini Yerevana verməyəcək    

Aktual

31 Avqust 2018, 16:32

Rəsmi Yerevan 2008-ci il 1 mart hadisələri ilə bağlı MDB-nin dövlətlərarası axtarışı verdiyi Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın təhvil verilməsi barədə Moskvaya rəsmi ünvanlayıb.

Modern.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Mikael Arutyunyan Rusiyaya sığınıb.

Hazırda müraciət Rusiyanın hüquq mühafizə orqanlarında müzakirə olunur. Mikael Arutyunyan 2002-ci ildən Rusiya vətəndaşı olduğu üçün ekstradisiyadan imtina olunması barədə ilkin qərar qəbul edilib.

RF konstitusiyasına əsasən, Rusiya cinayət məsuliyyətinə cəlb edilməsi üçün öz vətəndaşlarını xarici ölkələrə təhvil vermir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı