2018-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3 faiz artaraq 10 milyard 941,8 milyon manat olub.
Modern.az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 942,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 5 milyard 999,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 23,7 faizi hüquqi şə
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsi vasitəsilə 22,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 15,9 faiz az istehlak məhsulları satılıb.