Modern.az

Rusiyada sərnişin təyyarəsi yanıb - 18 nəfər xəsarət alıb - VİDEO

Rusiyada sərnişin təyyarəsi yanıb - 18 nəfər xəsarət alıb - VİDEO

Aktual

1 Sentyabr 2018, 08:26

Rusiyanın Soçi şəhərində “Utair” hava şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi hava limanına enmə zamanı alışıb.

Modern.az saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb.

Alovun söndürülməsinə yanğınsöndürmə texnikası cəlb edilib. Hadisə zamanı təyyarənin ön hissəsi zərər çəkib.

Son məlumata görə, hadisə zamanı 18 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib. Xəsarət alanlardan 3 nəfəri uşaqdır.

Soçi aeroportundan verilən məlumatda hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyü də bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı