Milli Məclisin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatı, Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov Modern.az xəbər agentliyinin kollektivini media quruluşunun 9 yaşı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Elşad Eyvazlı,
Sizi rəhbərlik etdiyiniz kütləvi informasiya vasitəsinin 9 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, Sizə və kollektivinizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Modern.az saytı ötən 9 il ərzində Azərbaycanda internet medianın cəmiyyətdəki yeri və rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə bağlı kifayət qədər bitkin təsəvvür formalaşdırmağa nail olub. Portal rəngarəng dəst-xətti ilə ortaya bu yeniliyin nümunəsini qoymağı bacarıb. Özünəməxsus təqdimat tərzi və peşəkarlıq xüsusiyyətləri ilə seçilib.
Hesab edirəm ki, Modern.az-ı Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir. Portal əməkdaşlarına bu yolda yeni-yeni uğurlar, çoxsaylı ad günləri, yubileylər arzulayıram".