Modern.az

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Aktual

1 Sentyabr 2018, 12:32

Gürcüstanın Qardabani rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Modern.az “Report”a istinadən xəbər verir ki,  bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

 

1978-ci il təvəllüdlü S. A. adlı qadının üzərində axtarış zamanı iki bağlamada 21,76 qram heroin aşkar olunub. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır