Bu gün Modern.az xəbər portalının 9 yaşı tamam olur. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov saytımıza təbrik ünvanlayıb. Təbrikdə deyilir:
- Modern.az xəbər portalı yarandığı dövr ərzində çox sürətlə inkişaf edib, media məkanında söz sahiblərindən birinə çevrilməyi bacarmış saytlardandır. Saytda dərc olunan xəbərlər, araşdırmalar həm ölkədə, həm də dünyada baş verən proseslərin oxucuya obyektiv və operativ çatdırılması istiqamətində nümunə sayıla bilər. Aktual məsələrlə bağlı ekspertlərin fikirləri, elm və sənət insanları haqqında materiallar xəbər portalında böyük maraqla izlənilir. Saytın fərqli təqdimatları, yeni layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, baş verən hadisələrə qərəzsiz yanaşması və bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Modern.az xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı başda olmaqla saytın bütün kollektivini təbrik edir, uğurlarının davamlı və daha böyük olmasını arzulayıram.
Hörmətlə,
Əhliman Əmiraslanov
Akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri