Modern.az

Minik maşını yük avtomobilinə çırpıldı

Minik maşını yük avtomobilinə çırpıldı

Aktual

2 Sentyabr 2018, 20:01

Kürdəmir rayonunda yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Hyundai" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücüsü, Mürtülü kənd sakini, 1985-ci il təvəllüdlü Qədirov Səfalı Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralı əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan S.Qədirov Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır