Salyanda qonşusunu öldürən şəxs tutulub.
DİN-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb.
Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.