Modern.az

Əfqanıstanda 3 məktəbə hücum oldu

Əfqanıstanda 3 məktəbə hücum oldu

Aktual

3 Sentyabr 2018, 15:16

Əfqanıstanın şərqindəki Paktika əyalətində 3 məktəbə hücum baş verib.

Modern.az-ın məlumatına görə, səhər saatlarında bir qrup silahlı şəxs iki məktəbə qumbaralarla hücum edib.

Daha bir məktəbə isə raket atıldığı məlumat verilib. Hücum zamanı məktəblərin heç birində şagirdlər olmayıb. Məktəb binalarına ciddi ziyan dəydiyi deyilir.

Hücumlarla əlaqədar məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı