Modern.az

İran sərhəddində atışma

İran sərhəddində atışma

Aktual

2 İyul 2019, 21:58

İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsində sərhəddi keçməyə çalışan silahlı qruplaşma üzvləri ilə İslam İnqilabı Keşikçilər Korpusu (Sepah)  qüvvələri arasında  atışma baş verib.

Modern.az-ın APA-ya istinadən xəbər verir ki, atışma bu gün səhər saatlarında baş verib.
Sepahın Setideş-Şühədə qərargah qüvvələri sərhədi keçməyə çalışan terrorçuları zərərsizləşdirib. Onlardan ikisi öldürülüb, digərləri isə yaralı ələ  keçirilib. Silahlıların tam sayı açıqlanmayıb.

Atışma zamanı  isə Sepah qüvvələrindən 2 hərbçi həyatını ititib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı