Prezident İlham Əliyev Məhərrəm Abış oğlu Əliyevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Prezident başqa bir sərəncamla M.Əliyevə general-polkovnik ali hərbi rütbəsi verib.