Modern.az

Azərbaycanla Banqladeş arasında əməkdaşlıq saziş təsdiqləndi

Azərbaycanla Banqladeş arasında əməkdaşlıq saziş təsdiqləndi

Aktual

29 Noyabr 2019, 19:40

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 26-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

 

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Banqladeş Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı