Modern.az

Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi

Aktual

29 Noyabr 2019, 20:59

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Lənkərana yeni rəis təyin edib.

Modern.az xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev vəzifəsindən azad edilərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin keçmiş rəisi İslam Hümbətov bir müddət öncə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı