Modern.az

Bakıda toya gedən ana və övladını maşın vurub

Bakıda toya gedən ana və övladını maşın vurub

Aktual

29 Noyabr 2019, 22:33

Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı biri uşaq olmaqla, iki nəfəri maşın vurub.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib.

1975-ci il təvəllüdlü Həsənova Pərvanə Bakir qızı azyaşlı qızı ilə birlikdə “Gold Baku” şadlıq sarayına gedərkən onları “Daewoo” markalı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...