Modern.az

Bakıda toya gedən iki gənc qəzada öldü - VİDEO

Bakıda toya gedən iki gənc qəzada öldü - VİDEO

Aktual

30 Noyabr 2019, 00:51

Binəqədi rayonunda ağır yol qəza hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, “Xəzər” (Khazar) markalı avtomobil Bakı şəhərinin Binəqədi rayonunda yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə 1993-cü il təvəllüdlü sürücü Ağarza Eldar oğlu Ağayev və sərnişin Rəşad Həsənov hadisə yerindəcə dünyasını dəyişiblər.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil verilib.

Yaxınlarının Axar.az-a verdiyi məlumata görə, Eldar və Rəşad sinif yoldaşıdırlar və bu gün digər sinif yoldaşlarının toy mərasiminə gedirlərmiş.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı