Modern.az

Azərbaycan qazı Avropada – TANAP-ın açılış mərasiminə 7 ölkədən nümayəndə TOPLAŞIR

Azərbaycan qazı Avropada – TANAP-ın açılış mərasiminə 7 ölkədən nümayəndə TOPLAŞIR

Aktual

30 Noyabr 2019, 15:25

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlanması münasibətilə Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində təntənəli mərasim təşkil olunacaq.

TANAP-ın Avropa ilə birləşməsi Azərbaycan qazının Türkiyədə çatdırılaraq Avropaya ötürülməsini həyata keçirməklə Türkiyəni vacib enerji habına çevirir.

 

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Bosniya və Hersoqovina Respublikası Şurasının 3 üzvündən biri Şəfiq Cəfəroviç, Gürcüstanın baş naziri Georgi Qaxariya, Bolqarıstan baş naziri Boyko Borisov, Serbiya parlamentinin spikeri Maya Qoykoviç, Şimali Makedoniya baş nazirinin müavini Koco Anquşev və Yunanıstanın ətraf mühit və energetika naziri Kostis Hatzidakis də qatılacaq.

 

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

 

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. TANAP-da “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Turkey” Enerji A.Ş” (7%) pay sahibidir.

TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı