Modern.az

Bakı Baş Polis İdarəsi Lökbatandakı mitinqlə bağlı məlumat YAYDI

Bakı Baş Polis İdarəsi Lökbatandakı mitinqlə bağlı məlumat YAYDI

Aktual

30 Noyabr 2019, 17:18

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

 

İdarənin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, açıqlamada deyilir:

"Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb".

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...