Modern.az

“Erməni terroru  və Qriqorian kilsəsi” nəşr edildi

“Erməni terroru  və Qriqorian kilsəsi” nəşr edildi

Aktual

1 Dekabr 2019, 11:05

Tədqiqatçı-jurnalist,”Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın “Erməni terroru  və Qriqorian kilsəsi” adlı azərbaycan və ingilis dillərində yeni  araşdırması çap olunub.

Modern.az xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin layihəsi çərçivəsində nəşr edilib.

Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda erməni kilsəsinin  tarixi, bu xalqın milli-iqrçi identifikasiyasının  formalaşamasında kilsə amili, bundan əlavə, qriqorian kilsəsinin  XIX-XX əsrlərdə Azərbaycan  və Türkiyə ərazisində terror fəaliyyətində bilvasitə iştirakı və dəstəyinə dair  Türk, rus, ingilis, fransız mənbələrinə  istinadən təkzibolunmaz faktlar təqdim edilmişdir.

Kitabda Qriqorian kilsəsinin erməni separatizmini ilk rüşeymi olması, erməni  millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti  açıb göstərilmişdir.

Xarici ölkələrdə erməni diaspora və lobbi təşkilatlarının təhriolunmuş həqiqətlərə söykənən qatı anti-Türkiyə və anti-Azərbaycan təbliğatını, erməni millətçiləri ilə informasiya müharibəsində əhəmiyyətli elmi-faktaloji material hesab edildiyini nəzərə alaraq “Erməni terror və Qriqorian kilsəsi” monoqrafik elmi işi həm də ingilis dilinə tərcümə olunmuşdur.

Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, rəyçiləri tarix üzrə elmlər doktoru, professor Qasım Hacıyev, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahovdur.

Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov,  tərcüməçi  Ceyhun Bayramlı, ingilis dilli versiyanın redaktoru Bakı Slavyan Universitetinin dissertantı  Afət Əliyeva, Azərbaycandilli versiyanın redaktoru  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.

Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və xarici ölkələrin ekspertləri üçün nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı