Modern.az

Bərdədə 7 nəfərin xəsarət aldığı ağır yol qəzası baş verib

Bərdədə 7 nəfərin xəsarət aldığı ağır yol qəzası baş verib

Aktual

1 Dekabr 2019, 13:09

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki,  hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...