Modern.az

Premyer Liqa: "Neftçi" və "Səbail" heç-heçə oldu

Premyer Liqa:

Aktual

1 Dekabr 2019, 17:44

Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

 

Modern.az-ın məlumatına görə, turun ikinci günündə "Səbail" "Neftçi"ni qəbul edib. "ASCO Arena"da baş tutan görüşdə hesab açılmayıb.

 

Qarşılaşmanın 81-ci dəqiqəsində hesabı açmaq üçü imkan yaranıb. Lakin "Səbail"in hücumçusu Ağabala Ramazanov penaltini qola çevirə bilməyib.

 

Bu heç-heçədən sonra xalını 22-ə çatdıran "Neftçi" "Keşlə" ilə 2-3-cü pillələri bölüşür. "Səbail" isə 12 xalla "Qəbələ" ilə son iki sıranı paylaşır.

 

Qeyd edək ki, ilk iki oyununda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. Tura sabah Masazırda reallaşacaq "Sabah" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı