Modern.az

Qaradağda zəncirvari qəza: 10-a yaxın şəxs xəsarət alıb

Qaradağda zəncirvari qəza: 10-a yaxın şəxs xəsarət alıb

Aktual

1 Dekabr 2019, 19:28

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 42-ci kilomertliyində qeydə alınıb.

 

Belə ki, “Lexus” markalı “10 00 325” dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı “90 ZV 032” və “Mercedes” markalı “99 GS 623” dövlət nömrə nişanlı maşınlar toqquşub. Qəza zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması