Modern.az

Zərdabda axundun oğlu içkili vəziyyətdə tutuldu

Zərdabda axundun oğlu içkili vəziyyətdə tutuldu

Aktual

1 Dekabr 2019, 20:22

Zərdab rayonunda axundun oğlu Dövlət Yol Polisi tərəfindən saxlanılıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun mərkəzi küçəsində qeydə alınıb.

Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi "10-LF-572" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşın yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edir. Saxlanılan şəxs barəsində müvafiq qaydalar çərçivəsində tədbir görülüb.

Qeyd edək ki, M.Tağıyev Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyevin oğludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı