Modern.az

Bakıda 23 yaşlı gənc bıçaqlandı

Bakıda 23 yaşlı gənc bıçaqlandı

Aktual

1 Dekabr 2019, 22:06

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 23 yaşlı Əhmədov Çingiz Vaqif oğluna tanımadığı şəxs tərəfindən qarın boşluğuna 1 bıçaq zərbəsi endirilib.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı