Modern.az

Goranboydakı partlayışda dörd nəfər yaralandı -  ADLAR, YENİLƏNİB

Goranboydakı partlayışda dörd nəfər yaralandı -  ADLAR, YENİLƏNİB

Aktual

2 Dekabr 2019, 00:54

Goranboyda evdə baş verən partlayışda yanıq xəsarətləri alan şəxslərin adları məlum olub.

Modern.az  APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar  2008-ci il təvəllüdlü Tahir Əhmədov, 2010-cu il təvəllüdlü Məftun Əhmədov və 2016-cı il təvəllüdlü Cahid Əhmədovdur.

Xəsarət alan üç qardaşa üz, qarın və digər bədən nahiyələrində 1-ci, 2-ci dərəcəli çoxsaylı yanıq diaqnozu qoyulub. Durumları ağır olaraq qiymətləndirilir.

T.Əhmədovun vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ailənin partlayış baş verən mənzildə kirayə yaşadığı bildirilir.

***

Goranboy rayonunda yaşayış evində partlayış baş verib.

Modern.az  xəbər verir ki, partlayış nəticəsində üçü azyaşlı olmaqla dörd nəfər yanıq xəsarətləri alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı