Modern.az

Yaşayış kompleksində faciə - Mühafizəçi liftin şaxtasına düşüb öldü

Yaşayış kompleksində faciə - Mühafizəçi liftin şaxtasına düşüb öldü

Aktual

3 Dekabr 2019, 09:58

Bakıda yaşayış kompleksində ölüm hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhər sakini Qurbanov Canpolad Xəlil oğlu gözətçi işlədiyi Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən "Abşeron Construction" inşaat şirkətinə məxsus "Naxçıvan Residence" yaşayış kompleksinin binasında lift şaxtasına düşərək ölüb.

 

Faktla bağlı cinayət işi başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması