Modern.az

Bakıda azyaşlılara siqaret satanlar cərimələndi

Bakıda azyaşlılara siqaret satanlar cərimələndi

Aktual

3 Dekabr 2019, 12:00

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı rayon polis idarələri əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonları ərazisindəki mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı