Modern.az

“Türk dünyası” adlı elmi jurnal yaradılıb

“Türk dünyası” adlı elmi jurnal yaradılıb

Aktual

3 Dekabr 2019, 13:32

"Azərbaycan Dil Qurumu" İctimai Birliyi "Türk dünyası" adlı elmi jurnal təsis edib. Modern.az xəbər verir ki, jurnalın elmi redaktoru "Azərbaycan Dil Qurumu"nun rəhbəri, xalq şairi Sabir Rüstəmxanlıdır.

Dərginin baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Dilbər Camalidir.

 Jurnalda bütün türk dünyasını yaxından maraqlandıran mövzularda (dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənət) orijinal məqalələr dərc olunacaq.

"Türk dünyası"nın ilk nömrəsi üçün artıq məqalə qəbulu başlayıb.

Dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənətə dair məqalələri [email protected] e-poçtuna göndərmək olar.

Sizə yeni x var
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması