Modern.az

İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş Beynəlxalq Konfransın açılışı olub - FOTO

İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş Beynəlxalq Konfransın açılışı olub - FOTO

Aktual

3 Dekabr 2019, 12:50

Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfransın açılışı olub.

 

Modern.az xəbər verir ki, açılışda çıxış edən universitetin rektoru, professor Nazim Hüseynli konfransın işinə uğurlar arzulayıb. O cümlədən konfransa qatılan İsmayıl Şıxlının oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri  Elçin Şıxlı belə bir konfransın təşkilinə görə universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib.

 

Daha sonra akademik Muxtar İmanov, akademik Möhsün Nağısoylu konfransın işinə uğurlar arzulayaraq İsmayıl Şıxlı yaradıcılığını Azərbaycan ədbiyyatının parlaq səhifələrindən biri olduğunu ifadə ediblər. Sonra qonaqlara konfransda iştiraklarına görə Təşkilat Komitəsi adından universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova öz təşəkkürünü bildirib.Konfransa qardaş Türkiyə respublikasındadn da elm və bilim adamları qatılıb. Qeyd edək ki,konfrans 2 gün davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı